az ru en 
 
<< Əvvəlki Səhifə
Maliyyə və Satış üzrə mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). MALİYYƏ ÜZRƏ BAŞ MÜTƏXƏSİS.

Sahə: Maliyyə şöbəsi

Vəzifə borcu:

• Maliyyə hesabatlarının hazırlanması.
• Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
• Maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edir.
• Maliyyə nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür.
• Maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
• Qısa və uzun müddətli maliyyə proqnozları və planlaşdırma.
• Debitor və kreditorlarla aparılan əməliyyatların təhlili.
• Bank hesabları üzrə aparılan əməliyyatların təhlili.
• İqtisadi təhlil,gündəlik hesabların müxabirələşməsi.

Bilməlidir:
• Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
• Müəssisənin strukturunu, onun perspektiv inkişafını;
• Maliyyə hesablarının forma və qaydalarını;
• Debitor və kreditorlarla hesablaşma qaydalarını;
• Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın mühafizənin norma və qaydalarını .

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• İdarəetmə uçotu, maliyyə analizi üzrə peşəkar kvalifikasiyalar daha üstün tutulur.
• Müvafiq sahədə 1-3 il iş təcrübəsi
• Azərbaycan, Rus, İngilis dili bilikləri
• Maliyyə analizi ,İdarəetmə uçotu, Maliyyə qanunvericiliyi ni bilməli
• MS Office proqramlarını sərbəst bilməli
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

2). MALİYYƏ ÜZRƏ MÜTƏXƏSİS

3). SATIŞ və TƏCHİZAT ŞÖBƏSİNİN RƏİSİ

Vəzifəsi: satış və təchizat şöbəsinin rəisi

Sahə: satış və təchizat şöbəsi

Vəzifə borcu:

• Maddi və maliyyə ehtiyatlarının effektiv istifadəsini, onların itkisinin azaldılmasını, dövriyyə vəsaitlərinin dövriyyə qabiliyyətinin sürətləndirilməsini təmin edərək, müəssisənin maddi-texniki təchizat, xammalın tədarükü və saxlanması, məhsulun göndərmə müqavilələri üzrə satışı, nəqliyyat və inzibati-təsərrüfat xidməti sahəsində müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə rəhbərliyi həyata keçirir.
• Anbarların fəaliyyətini koordinasiya edir, şöbə işçilərinə rəhbərik edir. Anbar təsərrüfatı istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir.
• Maddi-əmtəə dəyərlərinin qəbulu, saxlanması və buraxılması, otaq və meydançalarda məqsədəuyğun şəkildə yerləşdirilməsi, saxlanma reciminə riayət edilməsi üzrə işə başçılıq edir.
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından müdafiə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərinin aparılmasını təmin edir.
• Maddi-əmtəə dəyərlərinin ixtisaslaşdırılmış anbarlara, sex anbarlarına və anbarlara, kənar təşkilatlara buraxılmasını təşkil edir.
• Maddi-əmtəə dəyərlərinin uçotunu, anbar əməliyyatlarının sənədləşdirilməsi və ilkin mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsini təmin edir.
• Maddi-əmtəə dəyərlərinin inventarizasiyası və təftişinin keçirilməsində iştirak edir.
• Anbar təsərrüfatı işinin effektivliyinin yüksəldilməsi, maddi-əmtəə dəyərlərinin nəqli və saxlanması xərclərinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsində iştirak edir.
Bilməlidir:
• Müəssisənin profili, struktur xüsusiyyətləri;
• İstehsalat texnologiyasının əsasları;
• Təsərrüfatçılıq metodları, uçotun aparılması qaydası;
• Maddi-texniki təminat, nəqliyyat xidməti və məhsulun satışının təşkilini, maddi-əmtəə dəyərləri ehtiyatlarının məsrəfi normalarını.
• Əməyin mühafizəsi, texniki təhlükəsizik və yanğından mühafizə qayda və normalarını.
• Maddi-əmtəə dəyərləri üçün standart və texniki şərtləri.
• Maddi-əmtəə dəyərlərinin növləri, həcmləri, markaları, çeşidliliyini və digər keyfiyyət xüsusiyyətlərini və onların məsrəfi normalarını.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 3 ildən az olmayaraq iş stajı
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

4). ANBAR MÜDİRİ

Vəzifəsi: 6-cı dərəcəli anbar müdiri

Sahə: Anbar

Vəzifə borcu:

Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxıması yenidən geri alıması anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi,lazım olan material,inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik edir. Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin,əməliyyatların hesabının aparılmasının təmin edilməsi. Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi,müəyyən olunmuş hesabatın tərtib edilməsi.
Anbarda,məntəqədə yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi. Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.

Bilməlidir:
Anbar, kirayə məntəqəsi təsərrüfatının təşkilində,əsasnamə,təlimat və digər normativ sənədləri,rəhbər materialları,əmtəə-maddi sərvətlərə aid olan standart və texniki şərtləri,əmtəə-maddi sərvətlərinin ölçüsünü,markasını sortluğunu və başqa keyfiyyət xüsusiyyətlərini və onların işlənilmə normalarını,yükləmə və boşaltma işlərinin təşkilini,əmtəə-maddi sərvətlərinin yerləşdirilməsi qaydalarını,onların kirayəyə verilməsi hesabatını aparmaq üçün təlimat və əsasnamələri,hesablama texnikasının istismar qaydasını, əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını-əməyin mühafizəsi.Təhlükəsizlik texnikası, istehsalat sanitariyasını və yanğından mühafizənin norma və qaydalarını.

Kvalifikasiya tələbləri:
• Bir ildən az olmayaraq nəzarət və hesabat üzrə iş stajı;
• Ali təhsil
• 3 ildən az olmayaraq iş stajı
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

5). ANBARDAR

Vəzifəsi: Anbardar

Sahə: Anbar

Vəzifə borcu:

Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxıması yenidən geri alıması anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi.Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin,əməliyyatların hesabının aparılmasının təmin edilməsi. Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi,müəyyən olunmuş hesabatın tərtib edilməsi.
Anbarda,məntəqədə yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi. Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.

Bilməlidir:
Anbar, kirayə məntəqəsi təsərrüfatının təşkilində,əsasnamə,təlimat və digər normativ sənədləri,rəhbər materialları,əmtəə-maddi sərvətlərə aid olan standart və texniki şərtləri,əmtəə-maddi sərvətlərinin ölçüsünü,markasını sortluğunu və başqa keyfiyyət xüsusiyyətlərini və onların işlənilmə normalarını,yükləmə və boşaltma işlərinin təşkilini,əmtəə-maddi sərvətlərinin yerləşdirilməsi qaydalarını,onların kirayəyə verilməsi hesabatını aparmaq üçün təlimat və əsasnamələri,hesablama texnikasının istismar qaydasını, əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını-əməyin mühafizəsi.Təhlükəsizlik texnikası, istehsalat sanitariyasını və yanğından mühafizənin norma və qaydalarını.

Kvalifikasiya tələbləri:
• Orta təhsil;
• İşinə məsuliyyətli,verilmiş tapşırıqların vaxtında yerinə yetirilməsi.
• Səliqəli,diqqətli, məsuliyyətli, ciddi,
• Kompyuter biliyinə sahib olmalıdır
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

SATIŞ üzrə MÜTƏXƏSİS

Vəzifə: Satış üzrə mütəxəssis

Vəzifə borcu:

• Daxili bazarın vəziyyətini, onu maraqlandıran məhsul və xidmətlərə tələb və təklifi daim öyrənir.
• Bilavasitə rəhbərliklə razılaşdırdıqdan sonra daxili bazarda müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, müəssisənin patnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlarda iştirak edir.
• Müqavilələrin tərtib edilməsi və bağlanması üçün zəruri sənədlərin layihələşdirilməsi ilə məşğuldur.
• Şirkətin mağazalarının firma şəbəkəsi üçün lazım olan malların təmin edilməsi ilə məşğuldur.

Bilməlidir:
• Ümumi və şəbəkə marketinqini. Marketinq strategiyası inkişafının əsasları.
• Makro və mikro iqtisadiyyat barədə əsas anlayışları.
• Müqavilələrin bağlanması barədə qaydalar və əsas müddəaları.
• Daxili bazarda iqtisadi vəziyyət barədə tam və yeni məlumatı, xüsusilə, şirkətin fəaliyyəti ilə bağlı spesifik məlumatı .
• Müəssisənin marketinq fəaliyyəti ilə bağlı əsas iqtisadi müddəaları və qanunvericilik aktlarını .
• Zəruri mal və xidmətlərə qiymət preyskurantlarını, görülmüş iş barədə hesabatın tərtib edilməsi qaydasını, hesablama texnikasından istifadə qaydalarını, əməyin mühafizəsi qayda və normalarını, texniki təhlükəsizlik və yanğına qarşı müdafiə qayda və normalarını.

Kvalifikasiya tələbləri:
• Ali təhsili;
• Yüksək ünsiyyət qabiliyyəti
• Operativlik və aparıcılıq
• Bazar araşdırma qabiliyyəti
• Reklam layihələrinin satışı
• Reklamların tərtibatına nəzarət
• Müştəri ilə əməkdaşlığın qurulması
• Rus və Azərbaycan dillərini mükəmməl bilən,
• Şəhəri yaxşı tanıyan
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

6). KASSİR

Vəzifə: Kassir

Sahə: Kassir otağı

Vəzifə borcu :

• Pul vəsaitlərinin və qiyməti kağızların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
• Fəhlə və qulluqcuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır;
• Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlayır;
• Kassa hesabatını tərtib edir.

Bilməlidir:
• Kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri;
• Kassa və bank sənədlərinin formalarını;
• Pul məbləğinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını;
• Mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını;
• Dövlət bankı tərəfindən müəssisə üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun mühafizəsinin təmin olunma qaydasını;
• Kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını;
• Hesablama texnikasının istismarı qaydasını;
• Daxili əmək intizamı qaydasını , əməyin təşkilinin əsaslarını;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariya və yanğının mühafizəsinin norma və qaydasını.

Kvalifikasiya tələbləri:

• Ali təhsil (İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ail təhsilə üstünlük verilir)
• Müvafiq sahədə iş təcrübəsi
• Azərbaycan və Rus dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti.
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
• Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• MS Office proqramlarında işləmə bacarığı
• İnsanlarla ünsiyyət qurma bacarığı.
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

7). SATICI

Vəzifə: Satıcı

Sahə: satış şöbəsi

Vəzifə borcu:
• Alıcıya xidmət, malın təklifi və göstərilməsi,malın doğranması, çəkilməsi və bükülməsi, alınan malın dəyərinin hesablanması, kassa apparatının işlənməsi və çekin verilməsi;
• Malın alınma zamanı çeşidi, sayını, sortunu, qiymətini yoxlamaq və satışa hazırlamaq;
• Malın üzərində qiymətin yerləşdirilməsi;
• İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq
• Alıcılarla korekt hərəkət etmək.

Bilməlidir:
• Satılan malın assortimentini, klassifikasiyasını, təyinatını, sortunu, qida dəyərlərini, satış qiymətlərini.

Tələblər:
• Orta təhsili
• Xoş görünüşlü, gülərüz, müştərilərlə ünsiyyət qurma bacarığı, səliqəli və işinə qarşı məsuliyyətli.
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

<< Əvvəlki Səhifə
 
Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az